Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

İstanbulda tələbələr fakültəni işğal etdi - Foto

İstanbul Texniki Universitetinin Mədənçilik fakultəsi tələbələri Soma mədəninin idarə heyətindən olan müəllimlərə etiraz etmək üçün fakültəni “işğal ediblər”.

Qapı və pəncərələri bağlayan etirazçılar içəriyə heç kimi buraxmırlar. Fakultə dekanı Orhan Kuralın sözlərinə görə, tələbələr Soma faciəsi yaşanan mədənin idarə heyətindən olan müəllimlərin fakultədən uzaqlaşdırılmasını tələb ediblər.

Tələbələr öz tələblərini yazmaq üçün İTU Məclisi adlı Tvitter adresi də yaradıblar. Şərtlərini bu səhifə köməyi ilə ictimayətə çatdıran fəallar tələbləri yerinə yetirilmədən aksiyanı davam etdirəcəklərini də qeyd edib.

Qeyd edək ki, mayın 14-də Manisanın Soma bölgəsində yerləşən mədəndə partlayış baş verib. Son məlumata görə, hadisə nəticəsində 298 nəfər dünyasını dəyişib.


1329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı