Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Suriyaya girməyimiz deyil, girməməyimiz səhv olardı – "Hizbullah"

"Hizbullah" təşkilatı Suriyaya girməsinin məqsədini açıqlayıb.

"Biz Suriyaya hər hansı bir şəxsə görə deyil, İsrailə qarşı formalaşan mübarizə hərəkatının qorunub-saxlanılması üçün girmişik.”

SalamNews-un "əl-Məyadin" telekanalına istinadla verdiyi xəbərə görə, bunu Livanda “Hizbullah” təşkilatının lider müavini Şeyx Nəim Qasim bildirib.

O, Suriyada cərəyan edən hadisələr və baş verən qarşıdurmalara toxunaraq, artıq Bəşər Əsədin devrilməsinin mümkün olmayacağını bəyan edib: “Suriyadakı qarşıdurmaların hansı istiqamətdə davam edəcəyi hələlik məlum deyil. Lakin hökumət irəliləməkdədir. “Hizbullah”a gəldikdə isə biz Suriyanı hələ tərk etməyəcəyik. Hər şey hadisələrin gedişatından asılıdır. Suriyaya daxil olmağımız fikirləşdiyimizdən və gözlədiyimizdən asan başa gəldi. Biz bu ölkəyə hakimiyyət və ya hər hansı bir şəxsə görə girməmişik, məqsədimiz İsrailə qarşı mübarizə hərəkatının qorunmasıdır. Suriyaya girməyimiz deyil, girməməyimiz səhv olardı."
1458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:42