Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Nyu-York polisi müsəlmanları təqib etməkdə davam edir

Nyu-York polis idarəsinin müsəlmanları izləmək üçün 2001-ci il 11 Sentyabr hadisələrindən sonra yaradılmış Citywiade Debriefinq Team adlı xüsusi məxfi bölməsinin 2014-cü ilin aprelində ləğv edilməsi barədə informasiyalar yayılsa da, polis tərəfindən bu proses gizli şəkildə davam etdirilir. “New York Times” qəzeti bu barədə əldə etdiyi polis hesabatlarına istinadən məlumat verir.

Gizli polis bölməsi bu indiyədək şəhərdə yaşayan və buraya gedib-gələn bütün müsəlmanların ciddi qeydiyyatını aparır, onların nə işlə məşğul olması, harada, hansı məsciddə ibadət etməsi, hansı mağazadan alış-veriş etməsi və s. barədə operativ məlumatlar toplayırmış. Qeyd edilir ki, bu illər ərzində bir dəfə də Nyu-York müsəlmanlarının hansısa terror qruplaşması ilə əlaqəsi barədə bir ciddi dəlil belə tapılmayıb. Müsəlmanlar özlərinin xüsusi olaraq izlənməsini ayrı-seçkilik və insan haqlarının tapdanması kimi dəyərləndirirlər.
1748 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP