Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2013

Ramzan Kadırovdan Jirinovskiyə sərt sözlər

Çeçenistan prezidenti: "Başa düşmürəm ki, belə bir danışığını bilməyən adamı necə siyasətçi adlandırmaq olar?"

Rusiya Federasiyası Çeçenistan respublikasının prezidenti Ramzan Kadırov “Rosiya 1” telekanalında “Poedinok” verilişində LDPR lideri Vladimir Jirinovskinın qafqazlılar haqqında təhqiramiz çıxışına münasibət bildirib. Ans-in məlumatına görə, bu barədə öz instagram səhifəsində paylaşan Kadırov Jirinovskini ittiham edib: “Başa düşmürəm ki, belə bir danışığını bilməyən adamı necə siyasətçi adlandırmaq olar?” Kadırovun sözlərinə görə, Jirinovski təkcə Qafqaz xalqlarına nifrət etmir, o həm də rus xalqına çox güclü nifrət edir. Çeçen lideri bildirib ki, Jirinovskinin kolleqaları ona parlamentin aşağı palatasından birinin rəhbəri kimi məsuliyyət daşıdığını xatırlatmalıdırlar. O, həmçinin bildirib ki, jirinovskilər çox gəlir, gedir, amma Rusiya qalır. Xatırladaq ki, Jirinovski Şimali Qafqazda doğumu məhdudlaşdırmaq, iki uşaqdan artıq doğan qadınlara cərimə kəsməklə bağlı fikirlər səsləndirmişdi. O, həmçinin qafqazlıların kənara çıxmasının qarşısını almaq üçün Qafqazı tikanlı məftillərlə əhatələməyə çağırıb.
1623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP