Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Qarabağ əlili evindən çıxarılır

Qarabağ əlili Vahid Rüstəmov evindən zorla çıxarılmasından şikayətçidir.

Nərimanov rayon məhkəməsi Hidayətzadə küçəsi ev 7/23 ünvanındakı evin Rüstəmovlar ailəsinə məxsus olduğuna dair qərar versə də, Rayon İcra Şöbəsinin rəhbəri Yavər Allahverdiyev həmin evə Əliyeva Əziz Həsən qızını köçürəcəklərini bildirib. Rüstəmovlar ailəsi aidiyyəti qurumlara müraciət etsə də, bir nəticəsi olmayıb.

Ailənin xanımı Ruhiyyə Rüstəmovanın sözlərinə görə, Nərimanov Rayon İcra Şöbəsinin əməkdaşları ötən gecə evə gələrək onlardan qısa zamanda evi tərk etməyi tələb ediblər, əks halda zorla evdən çıxaracaqlarını bildiriblər.

Ruhiyyə Rüstəmova onu da deyir ki, bu proses 2011-ci ildən davam edir, ailə dəfələrlə təzyiqlərə məruz qalıb, evləri zorla sökülüb, özləri də xəsarət alıblar. İki azyaşlı uşağı olan Ruhiyyə xanım onları narahat edən şəxsin Əziz Əliyeva yox, onun atası Həsən Əliyev olduğunu deyir.

Ev sahibi Vahid Rüstəmov Qarabağ döyüşlərində iştirak edib, Şuşa uğrunda gedən döyüşlərdə ağır yara alıb.

Məsələyə aydınlıq gətirmək üçün, Nərimanov Rayon İcra Hakimiyyətinə üz tutduq. Qapıda bizi qarşılayan təhlükəsizlik əməkdaşı, binaya daxil olmağımıza imkan vermədi. Rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovla telefonla əlaqə saxlasaq da, "Bizlik deyil" deyərək, məsələyə münasibət bildirməkdən imtina etdi./axar/
1490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi