Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Ukrayna 10 gündə 650 əsgər itirib

“Ukrayna ordusu son 10 gün ərzində Slavyanskda 650 nəfər əsgər itirib”.

Bu açıqlama ilə Slavyanskın xalq meri Vyaçeslav Ponomaryov çıxış edib.

O öldürülən döyüşçülərin əksər hissəsinin “Sağ sektor”un nümayəndələri olduğunu bildirib:

“Faşist Kiyev Xuntasının 2-12 may arasında itirdiyi döyüşçülərin sayı ümumi olaraq 650 nəfərdir. Bunlardan 285-i ekstremist “Sağ sektor”un nümayəndələridir. Bunlar sırasında həmçinin 120 nəfər ukraynalı muzdlu, 90 nəfər Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı, 70 nəfər xarici muzdlu döyüşçülər də var. Donetsk döyüşçüləri isə 10 gün ərzində cəmi 8 nəfər itiriblər”.

Qeyd edək ki, dünən etirazçılar rəsmi Kiyevə ultimatum göndərərək, qoşunları Donbasdan çıxarmağı tələb etmişdilər. Əks təqdirdə isə geniş miqyaslı hərbi əməliyyatlara başlayacaqlarını bildirmişdilər.
1471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı