Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Bakıda baş vermiş partlayış nəticəsində İran və Azərbaycan vətəndaşları ölüb

Mayın 11-də Bakının Binəqədi rayonu ərazisində baş vermiş partlayış zamanı xəsarət almış şəxslərdən ikisi ölüb.

Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Azərbaycan vətəndaşı Mahrux Hüseynova və İran vətəndaşı Murtəza Əlizadə mayın 16-da xəstəxanada ölüb.

Qeyd edək ki, partlayış şirniyyat sexində təbii qazın sızması nəticəsində baş verib. Nəticədə İran vətəndaşları Cəccat Ovcani, Murtuza Əlizadə, qardaşı Mustafa və Bakı şəhər sakini Mahrux Hüseynova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
1306 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı