Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

İran Xəzər donanmasının döyüş sıralarına yeni sualtı qayıq daxil edəcək

İran İslam Ordusu 2015-ci ilin ortalarınadək Xəzər donanmasının döyüş sıralarına bir ədəd sualtı qayıq daxil etməyi planlaşdırır.

Hazırda Ənzəlidəki gəmiqayırma müəssisəsində Xəzər donanması üçün bir ədəd qayıq inşa edilir.

Tikilən qayığın uzunluğu 50 metr olacaq.

Sualtı qayığın hansı silahlarla təchiz olunacağı barədə məlumat verilməyib.

Məlumata görə, qayıq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xəzərdəki qüvvələrinin silahlanmasında olacaq.
1424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP