Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Hüquq müdafiəçisi insult keçirdi

Hüquq müdafiəçisinin vəziyyətinin yaxşı olmadığı bildirilir, ancaq o, xəstəxanada yatmaqdan imtina edib

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı insult keçirib. Bu barədə onun yaxınları məlumat veriblər. Bildirilir ki, qızı Mətanət Əzizova ilə bağlı yaranmış problemdən dolayı ciddi narahatlıq və stress keçirən M.Qəhrəmanlı, ciddi insult əlamətləri ilə xəstəxanaya aparılıb. O, hazırda ciddi şəkildə həkim nəzarətindədir. Ancaq xəstəxanada yatmaqdan imtina edir. Həkimlər onun durumunu orta ağır qiymətləndirirlər.

Hüquq müdafiəçisi özü xəbəri təsdiqləyib və bildirib ki, hələlik ona on günlük müalicə kursu təyin edilib: “Hər gün saatlarla həkim müayinəsindən keçirəm və həkim nəzarəti altındayam. Müalicənin təsiri olmasa da xəstəxanada yatmağa məcburam”.

Hüquq müdafiəçisinin qızı Sara Rəhmanova isə anasının müalicə nəticəsində bir qədər yaxşılaşdığını vurğulayıb. Xanımın həkimi isə deyib ki, bir neçə gün əvvəllə müqayisədə M.Qəhrəmanlının durumu yaxşılığa doğru gedir: “Təhlükə bir az sovuşub. Əvvəl vəziyyəti çox təhlükəli idi”.
1465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP