Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Somada çökmüş mədəndə yanğın başladı

Türkiyədə faciə baş verən kömür mədənində yenidən yanğın başlayıb.

Bu səbəbdən xilasetmə işləri müvəqqəti olaraq dayandırılıb. Bu barədə jurnalistlərə məlumat verən Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, bütün çətinliklərə baxmayaraq daha bir fəhlənin meyiti kömür mədənindən çıxarılıb. Bununla da baş verən faciə nəticəsində ölənlərin sayı 299-a çatıb. Mədəndə daha 3 fəhlənin meyitinin qaldığı güman edilir.

Nazir bildirib ki, xilasetmə işləri ilə bərabər yanğının da qarşısı qısa zamanda alınmalıdır. Əks təqdirdə yanğının daha böyük əraziyə yayılma ehtimalı var.
1384 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19