Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Üzeyir Cəfərovdan sensasion açıqlamalar

“Müdafiə Nazirliyinin Mərkəzi Aparatında bəzi şəxslər ordu sıralarından ümumiyyətlə uzaqlaşdırılmalıdır”

Bu barədə hərbi ekspert Üzeyir Cəfərov öz açıqlamasında Müdafiə Nazirliyində son təyinatlara münasibət bildirərkən deyib. Ekspert son təyinatları müsbət qiymətləndirdiyini, lakin bunun davam etməsinin vacibliyini vurğulayıb:

“Mən konkret ad çəkmək istəmirəm. Amma bəzi şəxslərin ordudan uzaqlaşdırılması Azərbaycan cəmiyyətində ordu ilə bağlı neqativ rəyin dəyişməsinə səbəb olar. Mövcud rəyin mənfi olması məhz həmin şəxslərin fəaliyyətindən irəli gəlir. Ümumilikdə hesab edirəm ki, Zakir Həsənovun müdafiə Nazirliyində görməli olduğu xeyli iş var”.

Ü. Cəfərov qeyd edib ki, MN qərargahında bəzi zabitlərin rotasiyasına da ehtiyac var.
1544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13