Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Ən-Nüsrə cəbhəsi İmam Əlinin (ə) qılıncına əl atdı

Ən-Nüsrə cəbhəsi: İraq Şam İslam Dövlətini (İŞİD) (İmam – red) Əlinin (ə) qılıncı ilə yer üzündən siləcəyik!
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, əl-Qaidənin rəsmi qolu olan ən-Nüsrə cəbhəsinin şəri sərkərdəsi və şərq cəbhəsinin komandiri olan ƏbuMariya əl-Qəhtani təəccüblü çıxışı və gözlənilməz etirafları ilə İŞİD-ə qarşı sərt bəyənat verib.
Əl-Qəhtani İŞİD-i əsrin xəvarici adlandırıb və deyib: Bu xəvarici Əlinin (ə) qılıncı ilə yer üzündən məhv edəcəyik.
O çıxışının davamında deyib: Onları (İŞİD-i) yer üzündən silməliyik. Hazırda bizim vəzifəmiz budur ki, Şamda cihad yolunu bu xəbis xəstəliyin kökünü Şam məmləkətindən kəsməklə davam edək.
Təkfirçi ən-Nüsrə terror təşkilatının bu sərkərdəsi əlavə edib: Biz (ən-Nüsrə cəbhəsi) Allah şəriətində araşdırma apardıqdan sonra başa düşdük ki, bu qrupu məhv etməyin yeganə dərmanı “Əlinin (ə) qılıncı”dır ki, o qılıncı Peyğəmbərin (s) göstərişilə öz əsrinin xəvarici əleyhinə qınından çıxardı.
Əslən Səudiyyə Ərəbistanından olan, vəhhabi və təkfirçi əl-Qəhtani beləcə Əmirəl-möminin Əli ibn ƏbuTalibin (ə) haqq olmasına etiraf edir.
O, öz çıxışında Suriyada fəaliyyət göstərən bütün qruplardan istəyib ki, Suriya ordusu və hakimiyyətlə mübarizədən öncə İŞİD-lə mübarizə aparılsın. Çünki bu qruplaşma “zəhərə bulaşmış xəncər” kimidir. Əgər bu məhv edilməsə, Suriya hakimiyyətinin süqutuna ümid etmək olmaz və bu mümkün də olmayacaq.
1674 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber