Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Suriyanın cənubunda döyüşlər şiddətlənir

World Tribune İA-nin Səudiyyə Ərəbistanının Suriyanın cənubu üçün yeni bir plan hazırlamasını ifşa etməsindən sonra, Avropalı bir diplomat Suriyanın cənubunda döyüşlərin şiddətləndiyindən xəbər verdi.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, o deyib: Suriyanın Quneytərə bölgəsində döyüşlər şiddətlənib.
Səudiyyənin Əkkaz qəzetinə müsahibə verən bu şəxs deyib: Suriya ordusu Livanın İslam müqavimət təşkilatı olan Hizbullahın qüvvələrilə İsrail sərhədinə yaxın əl-Qunəytərə əyalətindəki qarşıdurmalara müdaxilə etmək üçün plan cızır.
Silahlı qruplaşmaların ardıcıl məğlubiyyətindən sonra, silahlıları himayə edən Qərb və ərəb ölkələri Suriyanın cənubundakı qarşıdurmaları şiddətləndirmək fikrindədirlər.
Ötən gün ABŞ qəzeti World Tribune xəbər verdi ki, Səudiyyə Ərəbistanı Suriyanın cənubunda yeni bir cəbhə açmaq məqsədilə on minlərlə iordaniyalı terrorçuya maddi və hərbi dəstək verir.
Ərəbistan təzə təsis olunmuş “Cənub cəbhəsi” (Cəbhə əl-cənub) terror qruplaşmasını dəstəkləməklə Suriyanın cənubundakı hadisələrə nəzarəti ələ keçirməyə çalışır.
Səudiyyənin Əkkaz qəzeti isə, iddia edib ki, Hizbullahın təhlükəsizlik üzvlərindən ibarət bir heyət Quneytərə məntəqəsində əməliyyatın başlayacağı vaxtı təyin etmək məqsədilə əraziyə baxış keçiriblər.
Avropalı ekspertlərin bildirdiyinə görə, Quneytərə məntəqəsi işğal olunmuş Fələstin (İsrail) və Livanın cənub məntəqələrinə sərhəddir. Bu məntəqə Hizbullah üçün strateji məntəqə sayılır. Əgər Hizbullah bura nəzarəti ələ alsa, bu məsələ sionist rejim olan İsrailə ciddi mesaj olacaq.
Sionist rejim ordusu bu qarşıdurmaları yaxından izləyir və bəzi vaxtlarda top atəşilə terrorçuları müdafiə edir. Bu döyüşlərdə yaralananları da öz xəstəxanalarına gətirib müalicə edir.
1612 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı