Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

İranın S300-ü – 3 Xordad - Fotolar

İran İslam Ordusunun 3 Xordad Raket Əleyhinə Müdafiə (RƏM) sistemi Rusiyanın S300-ü ilə müqayisə olna biləcək gücdədir. Lakin, hazırda bu sistemin raketləri 50 km məsafədəki raketləri zərərsizləşdirə bilir. Hazırda İran mütəxəssisləri 100 və 200 km-lik sistemlər üzərində işləyirlər.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, 3 Xordad RƏM sisteminin öz oxşarlarına uyğun xüsusiyyəti budur ki, bütün lazımi təchizatlar bir maşında toplanmışdır. Bu sistem kəşfiyyat radarı, təqib etmə və raket baxımından təkmilləşdirlimişdir.
3 Xordad RƏM sistemi eyni zamanda 4 hədəfi izləyə və 8 ədəd “Tair” raketi buraxmağa qadirdir.
Bu sistem 25 km yüksəklikdə olan qırıcı və bombardmançı təyyarələri, habelə kruz raketlərini hədəfə ala bilir.
İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) hava-kosmik qüvvələrinin komandirlərindən birinin dediyinə görə, 3 Xordad RƏM sistemi Rusiyanın S300 sistemilə müqayisə edilə bilər. Bu fərqlə ki, hazırkı İran sistemi 50 km-lik məsafədə olan hədəfləri yüksək dəqiqlikdə məhv edə bilir. Hazırda bu sistemin təkmilləşdirmə işləri aparılır və 100 və 200 km-lik versiyalar üzərində mütəxəssislərimiz işləyirlər.


1345 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:27