Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2014

Qazpaylayıcı stansiya ələ keçirildi - Ukrayna

Ukraynanın Kramatorsk şəhərində etirazçılar qazpaylayıcı stansiyanı ələ keçiriblər

Hərbi geyimli naməlum silahlı şəxslər ötən gün Kramatorskda “Donbastransqaz”ın yerli şöbəsini ələ keçiriblər.

Bu barədə Ukraynanın “Pyatıy kanal”ı məlumat yayıb.

Məlumata görə, binaya 50-dək silahlı hücum edib. Silahlı şəxslər danışıqlardan və binanı tərk etməkdən imtina ediblər.

Hazırda bölgədə fəaliyyət göstərən bir neçə iri müəssisənin qaz təchizatının dayandırılması təhlükəsi var

Energetika sektorunun nümayəndələri Ukrayna hökumətinə müraciət edərək qazpaylayıcı sisteminin lazımi mühafizəsinin təşkil olunmasını xahiş ediblər.
1117 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP