Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2014

3-cü yeri tutan Azərbaycan güləşçiləri Vətənə dönüb

Tehranda Yunan-Roma güləşi üzrə Dünya Kubokunda 3-cü yeri tutan Azərbaycan yığması Vətənə dönüb -

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışlarında üçüncü yeri tutan Azərbaycan yığması Vətənə qayıdıb. Dünya üçüncüsü olan güləşçiləri Azərbaycan Güləş Federasiyasının rəhbər şəxsləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, güləşçilərimiz Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə eyni qrupda mübarizə aparıb. Güləşçilərimiz ilk görüşdə yerli İran güləşçilərinə (8:0) məğlub olsa da, daha sonra ardıcıl olaraq Ermənistan (8:0), Koreya (5:3) və Finlandiya (5:3) yığmasını məğlub edərək, qrupda 2-ci yerdə qərarlaşıb və bürünc medal şansı əldə edib. Həlledici qarşılaşmada Macarıstan güləşçilərini 6:2 hesabı ilə üstələyən yığmamız yarışları üçüncü sırada tamamlayıb və Dünya Kubokunun bürünc medalına sahib olub.

Bu, yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarında yığmamızın indiyə qədərki ən uğurlu nəticəsidir. Buna qədər güləşçilərimiz 2011-ci ildə Belarusun paytaxtı Minskdə və 2012-ci ildə Rusiya Federasiyasının Saransk şəhərində keçirilən analoji yarışda 4-cü yerlə kifayətlənmişdilər./apa/
1266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07