Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2014

Hərbçi tabor komandirini niyə güllələdi?

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində çavuşun tabor komandirini qətlə yetirdiyi silahlı insidentin təfərrüatları məlum olub

Əldə edilən məlumata görə, Füzuli rayonunda yerləşən "N” saylı hərbi hissələrin birində müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu İlkin Məhərrəmovun tabor komandiri, mayor Emil Əsgərlini qətlə yetirməsinə tərəflər arasında yaranan insident səbəb olub.

Məlumatda bildirilir ki, hərbi hissənin rəhbərliyinin toplanışında tabor komandiri Emil Əsgərlinin Ilkin Məhərrəmov barəsində işlətdiyi ifadə müddətdən artıq xidmət edən hərbi qulluqçunun xoşuna gəlməyib. Bundan sonra tərəflər arsında mübahisə yaranıb və nəticədə İlkin Məhərrəmov tabeçiliyindəki silahla tabor komandirini qətlə yetirib.
1352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.