Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2014

Bu şəkil Türkiyəni qarışdırdı - Foto

Manisalılar mədəndə ölən işçilərin yaralı adı ilə media qarşısına çıxarıldığını iddia edirlər. Soma faicəsində ölən və yaralananlarla bağlı xəbərlərin gəldiyi bir vaxtda mediada və sosial şəbəkələrdə yayılan bir foto ölkəni bir-birinə vurub. Fotoda yaralı şəkildə mədəndən çıxarılan işçinin burnuna taxılan oksigen maskasının digər tərəfi boş olduğu iddia edilir. “Egenin səsi” qəzetinin yaydığı məlumata görə bir çox işçilər kamera qarşısına yaralı şəkildə çıxarılsa da xəstəxanaya getdikdə ailələrinə öldükləri deyilir. Qəzet bunun səbəblərini belə açıqlayır: “İşçilərin laqeydlik və gecikmə üzündən mədəndə həyatlarını itirmələri şirkətin daha böyük miqdarda təzminat ödəməsi ilə nəticələnə bilər. Məhz buna görə də şirkət işçilərin sağ çıxarıldığını, amma xəstəxanada öldüyünü iddia edərək yüksək məbləğli təzminatdan yan qaçacaq. Bu, həm də şirkətin qüsurlarının ört-basdır edilməsinə də şərait yaradacaq. Cavabdeh şirkətin bu işləri görməsi isə şəhərdə böyük narazılıqla qarşılanıb”. Qəzetin iddiasını təsdiq edən digər səbəb məşhur jurnalist Uğur Dündarın “Xalq TV”də yayımlanan “Xalqın arenası” verlişinə çıxan mədən işçisinin dedikləri olub: “Hamısı ölüydü, çıxararkən özlərinə maska taxıb, parça örtdülər və sağ olduqlarını dedilər...” Xatırladaq ki, Manisa əyalətinin Soma şəhərində baş verən mədən qəzası nəticəsində 300-dən artıq insanın öldüyü, 100-lərlə yaralının olduğu deyilir.


1355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı