Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2014

Göyçay bazarında gərginlik davam edir

Satıcılar qalmaqda, icra strukturları onları köçürməkdə israrlıdır

Onların müdafiəçisi Taleh Xasməmmədova problemlər yaradılır

“Bazarın dörd bir yanında polis postu qurulub. Alıcıların giriş-çıxışına problem yaradılır” - bunu “Azadlıq”a Göyçay rayonun mərkəzində yerləşən, 300 nəfərin işlədiyi Ticarət Mərkəzinin satıcıları deyiblər. Sahibkarların sözlərinə görə, bazarı Nəqliyyat nazirinin xalası oğlu, rayonun icra başçısı Mənsur Məmmədovun tapşırığıyla sökürlər.

“Məqsəd satıcıları rayonun Cəyirli kəndində tikilən bazara yönləndirməkdir. Biz isə bununla razı deyilik. Heç kim rayonun mərkəzindən 4-5 kilometr yolu qət edib Cəyirli bazarına getməyəcək. Bundan başqa, yeni bazarda yer haqları bahadı, dükan və piştaxtalarda alver etmək üçün almalısan. Biz razı deyilik. Maşınları bazara buraxmırlar. Məcbur qalırıq ki, məhsullarımızı əlimizlə daşıyıb bazara gətirək. Insanları bu bazardan uzaq tutmağa çalışırlar. Bizim üçün bura rahatdır, rayonun mərkəzidir. Illərdir ki, buradan alver edirik”, - deyə ticarətçilər etiraz edirlər.

Sahibkarlar onu da bildirdilər ki, Cəyirli bazarında yer götürən satıcıların bir çox qonşu rayonlara üz tutublar: “Çünki orada alver getmir. Məhsulları satılmadığından mallar xarab olur. Əvvəllər deyirdilər ki, kim bazarda işləmək istəməsə, pulu qaytarılacaq. Indi isə aldanan satıcılara ödədikləri məbləğlər geri qaytarılmır”. Satıcıların hüquqlarını qoruyan hüquq müdafiəçisi Taleh Xasməmmədova da problemlər yaradılır. O bir neçə dəfə xəbərdarlıq mesajı alıb. Ancaq buna baxmayaraq hüquq müdafiəçisi öz işini həyata keçirir.

Satıcıların dedikləriylə isə Göyçay rayon Icra Hakimiyyəti razılaşmır. Icra hakimiyyətin sözçüləri bazarın sökülməsində icra başçısı Mənsur Məmmədov faktorunu inkar edirlər.

Qeyd edək ki, Göyçayın icra başçısı Mənsur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun xalası oğludur. Rayonun da Ziya Məmmədovun kurasiyasında olduğu iddia edilir.
1684 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı