Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Vergilər nazirinin adı vəhhabilər və müxalifətlə əlaqələrdə hallanır

Vergilər naziri Fazil Məmmədovun yaxın vaxtlarda ciddi şəkildə başı ağrıya bilər. Nazirin belə vəziyyətə düşməsinə səbəb onun və yaxın qohumlarının adının vəhhabilər və müxalifətlə işbirliyində hallanmasıdır.

Mənbənin verdiyi məlumata görə, Fazil Məmmədovun yaxın adamlarından bir neçəsinin vəhhabilərlə əlaqəli olması, habelə başqa yaxınlarından da bir neçəsinin müxalifət partiyaları ilə əməkdaşlıq etməsi dəqiqləşib. Məsələdən elə nazirin özünün də xəbəri var. Lakin bunun qarşısını almaqda gecikdiyindən məsələ yuxarılara çatdırılıb.

Bildirilir ki, hal hazırda yuxarı dairələr müvafiq dövlət qurumlarına bu məsələni araşdırmaq üçün qəti tapşırıq veriblər. Həmin araşdırmaların nəticəsindən sonra isə nazirin taleyi ilə bağlı qərar veriləcək. Mənbə bildirir ki, Fazil Məmmədovun bu problemdən yaxa qurtara biləcəyi imkansız görünür./politika/
1340 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP