Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Əliyev klanı ilə döyüşən mübariz qadın...

Fransanın «Le Monde» qəzeti Leyla Yunusu bu cür təqdim edib

«Azərbaycanda avtoritar və cinayətkar rejimin hökm sürdüyünü Fransa prezidentinin diqqətinə çatdırmaq çox vacib idi»

Dünyanın ən nüfuzlu nəşrlərindən olan Fransanın “Le Monde” qəzeti prezident Fransua Ollandın Azərbaycana səfəri zamanı onunla görüşmüş hüquq müdafiəçisi Leyla Yunus barədə məqalə dərc edib. Qəzetin xüsusi müxbiri Iv-Mişelö Riols “Leyla Yunus - Azərbaycanda Əliyev klanına qarşı dissident səs” başlıqlı məqalədə yazır ki, Azərbaycanda polis Leyla Yunusu izləmək üçün çox da çətinlik çəkmir.

Azərbaycanı iyirmi ildən artıqdır ki, dəmir yumruqla idarə edən Əliyevlər rejiminə qarşı çıxmaq cəsarətində bulunan, ölkənin ən məşhur dissidentlərdən olan bu xanım Daxili Işlər Nazirliyinin iki addımlığında yaşayır. Həmin yer ətrafdakı neft dollarları hesabına tikilmiş yeni binalarla kəskin təzad təşkil edir. Biz tozlu həyətdə elektrik naqillərinin altı ilə keçərək, sanki başqa bir dövrə aid mənzilə gedib çıxırıq. 59 yaşlı Leyla Yunusun babasının yaşadığı vaxtdan bəri orada heç bir dəyişiklik olmayıb. Uzun dəhlizin başında döşəməsi xalça ilə örtülü, divarında ailənin saralmış şəkilləri olan bir otaqa daxil oluruq.

“Mən uşaq olanda bura mənim otağım idi”, - deyə gülümsəyən Leyla Yunus, yaxasında Şərəf Legionu ordeni olan pencəyini düzəldərək deyir. Həmin orden ona ötən il Fransanın Bakıdakı səfirliyində təqdim olunub. Ordenin təqdimat mərasimində bir diplomat onu insan hüquqları uğrunda mübarizəsi 80-ci illərə - SSRI dövrünə gedib çıxan qatı müxalifətçi kimi təqdim edib.

Leyla Yunus mayın 12-də yenə Fransa səfirliyinə gəlmişdi - prezident Fransua Ollandla görüşmək üçün. Prezident Azərbaycana səfəri zamanı altı nəfər müxalifətçidən ibarət qrupla da görüşmüşdü.

Leyla Yunusun dövlət başçısı ilə görüşü ilk dəfə idi. Bu görüş - onun mübarizəsi haqda söhbətlər qapalı oldu. Amma Leyla xanımın Fransua Ollanda verdiyi mesaj aydın idi: “Mənim bütün dostlarım həbsdədir”.

“Mən prezidentin nəzərinə onu da çatdırdım ki, məhz bu görüşə görə hazırda həbsdə yox, azadlıqdayam, dostlarım isə həbsdədir. Bizim ölkədə avtoritar və cinayətkar rejimin hökm sürdüyünü Fransa prezidentinin diqqətinə çatdırmaq çox vacib idi”, - deyə o, kövrək səslə bildirir.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə hazırlaşdığı bir ərəfədə belə bir mesaj kəskin səslənir.

Leyla Yunus deyir ki, Ukraynadakı böhranın nəticələri çox əhəmiyyətlidir. Bu ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin devrilməsi 2005-ci ildən bəri heç bir siyasi, etiraz aksiyalarına imkan verməyən Azərbaycan hakimiyyətində də şok yaradıb. Hüquq müdafiəçisinin sözlərinə görə, beynəlxalq aləmin diqqəti Ukraynaya yönəldiyindən, Azərbaycan hakimiyyəti bundan istifadə edərək, müxalifətə qarşı repressiyaları daha da gücləndirib. Leyla Yunus bunu havadan demir. Aprelin 15-də o, rəhbərlik etdiyi Sülh və Demokratiya Institutunun saytında 130 nəfər siyasi məhbusun siyahısını yayıb. Bundan dörd gün sonra onun köməkçilərindən olan jurnalist Rauf Mirqədirov həbs olundu. O, ciddi rejimli türmədə saxlanılır, ilk günlərdə vəkili ilə görüşünə imkan verilməyib. Ermənistan xeyrinə casusluqda ittiham olunan Mirqədirovun məhkəməsi də qapalı keçiriləcək.

“Istəyirdilər ki, onu tutmaqla gəlib mənə çıxsınlar”, - deyə Leyla Yunus bildirir./azadlıq/

Hüquq müdafiəçisi qeyd edir ki, hazırda Azərbaycanda vəziyyət sovet dövründə olduğundan pisdir.

Aprelin 28-də Leyla Yunus həyat yoldaşı Arif Yunusla Brüsseldəki konfransa gedərkən Bakı aeroportunda saxlanılıb. Onların pasportları əllərindən alınıb, evlərində axtarış aparılıb, bank hesablarına həbs qoyulub. Yaşadıqları stress nəticəsində həyat yoldaşının vəziyyəti pisləşib və təcili şəkildə xəstəxanaya çatdırılıb, indi də oradadır.

Ollandın səfəri zamanı jurnalistlərin Leyla Yunus və həyat yoldaşı, Rauf Mirqədirovun taleyi barədə sualını cavablandıran Ilham Əliyev iddia edib ki, “ölkəsində bütün əsas azadlıqlar qorunur”. “Azərbaycanda heç kim siyasi motivlərlə həbs olunmayıb”, - deyə o bildirib.

Leyla Yunus bəyan edib ki, Fransa nümayəndə heyətinin səfərindən sonra onu istənilən vaxt tuta bilərlər.
1484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:32