Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

"Öləcəyini başa düşən mədənçilər kömürlə dəstəmaz alırdılar"

Türkiyə Manisa vilayətinin Soma rayonunda baş vermiş mədən qəzasından 9 saat sonra sağ-salamat çıxan Mehmət Əli Dinçərin danışdıqları insanları şoka salıb. Dinçerin olduğu "H" blokunda 140 fəhlə olub və onlardan sadəcə 6 nəfər xilas edilib. Mehmət Əli Dinçər isə mədəndən çıxaraq xilas olmağa cəhd edən iş yoldaşlarının son anlarına şahid olub.

Yerli mətbuorqanlardan birinə müsahibə verən Dinçər bir anda karbon monoksid qazına məruz qaldıqlarını bildirib.

"Bir anda qaz gəlməyə başladı. Tez qaz maskalarımızı taxdıq. Daha sonra təmiz hava gəlməyə başlasa da hava istiqamətini dəyişdi. Biz çıxışa doğru irəliləməyə başladıq. Əvvəl arxamızda tüstü vardı. Sonra qarşımıza da tüstü çıxdı. Artıq geri qayıtmaq da mümkün deyildi. Fəhlələr bir-bir gözümüzün qabağında özündən gedib yıxılırdı.

Tuneldəki iş alətlərini işlədən borular vardı. Onları kəsərək ağzımızı dirədik və təmiz hava ilə nəfəs almağa çalışdıq. Keçən vaxt ərzində tüstü çoxaldı və fəhlələr ölməyə başladılar. Öləcəyimizi başa düşəındə bir-birimizlə halallaşmağa başladıq. Bəzi fəhlələr palçıqlı suyla dəstəmaz alır, su tapmayanlar isə divardakı kömürlə təyəmmüm (təyəmmüm - suyun olmadığı yerdə torpaq və s. pak vasitələrlə dəstəmaz almaq) etməyə başladılar.

Artıq fəhlələrin səsi kəsilirdi. Bir tərəfdən irəliləyirik, bir tərəfdən də fəhlələr tək-rək yıxılırdar. Onları da özümüzlə aparmağa çalışırdıq. Amma yıxılmış çox insan vardı. Mən də yıxıldım, amma yatmamağa çalışırdım. Orda öz-özümə, "Mən Allah üçün, bir loxma çörək üçün burdayam. Ölsəm də bunlar üçün ölüm" - dedim. Artıq ölməyə başlamışdım. Saat 20.00-də xilasedicilər məni tapdılar"./ans/
1177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP