Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Keçmiş döyüşçü ANS-i kadrları kəsməkdə günahlandırdı

"Mənim xidməti UAZ-ım kadrdadır. Mənim sürücüm orada görünür. Bütün prosesləri qaydasına salan mən isə yoxam..."

Bu sözləri keçmiş batalyon komandiri Arif Paşa öz feysbuk səhifəsində yazıb. O, ANS telekanalını Laçının işğalı ilə əlaqədar kadrları kəsməkdə, qeyri-dəqiq göstərməkdə günahlandırıb:

"Hörmətli ANS-çilər! Sizin Laçının işğalı ilə əlaqədar göstərdiyiniz, şəhid Milli Qəhrəmanımız Çingiz Mustafayevin çəkdiyi kadrlarda gördüyünüz qüvvələr Laçına şəxsən mənim tərəfimdən qaytarılıb. Orada olan əsgərlərin düzülüb oxumasından tutmuş, geri qaytarılan BÜTÜN QÜVVƏLƏRIN (!!!) bölünüb istiqamətlər üzrə yerləşdirilməsinə qədər hər bir fəaliyyəti şəxsən mən təşkil etmişəm. Kadrlarda görünən, hal-hazırda da prokurorluq orqanlarında işləyən Tarverdiyev Telman Əliş oğlu və ədliyyə sistemində işləyən Quliyev Nizami Cavanşir oğlunu da müxtəlif tapşırıqlarla, müxtəlif istiqamətlərə mən göndərmişəm. Kadrda görünən sabiq icra basçısı, rəhmətlik Cabbarov Zakir Cabbar oglu mənimlə eyni maşında idi. Əsgərlərə komanda verən qərargah rəisi Nagıyev Rafiq Heydər oğlu mənim göstərişlərimi yerinə yetirir. Mənim xidməti UAZ-ım kadrdadır. Mənim sürücüm orada görünür. Bütün prosesləri qaydasına salan mən isə yoxam... Əvəzində isə, sanki həmişə kadrda görünüb "qəhrəmanlar və qaçanlar haqqında moizələr" edən eyni şəxsin sözlərinin təsdiqini tapması üçün - mən görünmürəm. Bu ssenari, bu sözlərin nə üçün deyilməsi və nəyə xidmət etməsi bizə bəllidir və bu barədə burada danışmağa lüzum görmürəm...Amma, dediyim bütün proseslər Ç.Mustafayev tərəfindən çəkilmişdi və mən ərazini tərk edən qüvvələr qarşısında çıxış edərkən, o mənim dediyim sözlərin təsirindən ağlaya-ağlaya çəkiliş aparırdı! O kadrlar yoxdur! Mənim olduğum bütün kadrlar lentdən götürülüb.
1233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber