Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

“Azərbaycanda bütün hakimlər qanunları pozur”

“Azərbaycanda bütün hakimlər qanunları pozur”“Onların siyahısı təqdim edə bilərəm”

Hüquqşünas Müzəffər Baxışov açıqlamasında Azərbaycandakı məhkəmə sistemindəki problemlərlə bağlı maraqlı fikirlər səslənirib. Ölkədəki bütün hakimlərin istəyərəkdən və ya istəməyərəkdən qanunları pozduğunu bldirən M.Baxışov, lazım gələrsə ədliyyə naziri Fikrət Məmmədovun qarşısında konkret siyahı qoya biləcəyini vurğulayıb:

“Mən Məhkəmə-Hüquq Şurasının sədrinə müraciət edirəm. Azərbaycanda fəaliyyət göstərən hakimlərin hamısı, əgər hər gün işə baxırlarsa, hər gün də qanunu pozur, cinayət törədirlər. Əgər onlar işə iki gündən bir baxırlarsa, o zaman iki gündən bir cinayət törədirlər. Bunu tam məsuliyyəti ilə deyirəm. Bütün hakimlər qanunsuz, əsassız qərarlar çıxarırlar. Halbuki, qanunsuz qərardad çıxarmaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə təqib olunan cinayət əməlidir. Əgər ədliyyə naziri inanmırsa, mən həmin hakimlərin adlarını bir-bir ona təqdim edə bilərəm. Əgər gücü çatırsa, həmin hakimlər barəsində tədbir görsün”.

Ekspertin sözlərinə görə, o, dəfələrlə qanunun tələblərini pozan hakimlərlə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etsə də, adıçəkilən qurum bu müraciətlərlə bağlı hər hansı bir tədbir görməyib:

“Mən dəfələrlə bu hakimlərlə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etmişəm. Bu müraciətlərdə bəzi hakimlərin cinayətləri haqqında məlumat vermişəm. Lakin təəssüf ki, onların barəsində heç bir tədbir görülməyib. Məsələn, Pərviz Həşimlini həbs edən hakimi nümunə götürək. Həmin hakim Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 295.2-ci maddəsininə görə məsuliyyətə cəlb edilməlidir. Çünki o, P.Həşimlinin günahsız olduğunu bilə-bilə onun haqqında ittiham hökmü çıxardıb. Bir sözlə, Azərbaycanda bütün hakimlər cinayət törədir. Sadəcə, hansı hakimdən xoşları gəlmirsə, onun məsələsini Məhkəmə-Hüquq Şurasına çıxardır və onu cəzalandırırlar”.

M.Baxışovun bidlridiyinə görə, mövcud sistem az-çox vicdanlı hakimləri də “yuxarıların” verdiyi sifariş əsasında qərar çıxartmağa vadar edir:

“Ola bilsin ki, ölkədə hardasa özünə hörmət edən, savadlı, vicdnlı bir hakim olsun. Amma mövcud vəziyyət onu vadar edir ki, qanunsuz hökm çıxartsın. Buna görə də bugünə qədər Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyətinə xitam verilən və ya xəbərdarlıq edilən hakimlərlə bağlı atılan addımlar bu sahədəki problemlərin həllinə yönəlik addımlar kimi dəyərləndirilməməlidir. Bunların hamısı, boş, əsassız tədbirlərdir. Bu sistem dəyişilmədiyi müddət ərzində bu cinayətlər, bu qanunsuzluqlar hər gün, hər saniyə davam edəcək. Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi götürək. Savadına görə bu şəxsi adi katib də işlətmək olmaz. Lakin bu gün o boyda Bakı Apellyasiya Məhkəməsinin sədridir. Və ya Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərova baxaq. Onları atestasiyaya salsaq məlum olar ki, bunları adi hüquqşünas vəzifəsi də vermək olmaz. Lakin bu gün Yasamal Rayonu Məhkəməsinin sədri vəzifəsində çalışır. Məhkəmə-Hüquq Şurası qurama bir qurumdur”.
1632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı