Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

126 nəfər Mursi tərəfdarına 10 il həbs kəsildi

“Müsəlman qardaşlar”ın daha 126 tərəfdarı hər biri 10 il həbsə məhkum edilib
İttiham edilənlərdən 37-i 15 il həbsə məhkum ediliblər

Misir məhkəməsi dünən “Müsəlman Qardaşlar”ın ümumilikdə 150 tərəfdarını uzunmüddətli həbsə məhkum edib. İnterAz-ın Əlcəzirəyə istinadla verdiyi xəbərə görə, “Müsəlman Qardaşları”ın tərəfdarları zorakı işlərə cəhd etmək və terror qruplaşmalara qoşulmaq ittihamları ilə təqsirləndiriliblər. Məlumata əsasən, ittiham edilənlərdən 37-i 15 il həbsə məhkum ediliblər.

Bildirək ki, iki ay öncə Misirin müvəqqəti hərbi hakimiyyəti “Müsəlman Qardaşlar”ı terror qruplaşması elan edib. Cari ayın 26-da keçirilən prezident seçkilərinə namizədliyini verən ordu generalı Əbdül-Fəttah Sisi sözügedən qurumun bütün siyasi, dini və ictimai faliyyətinə son qoyacağını deyib.
1309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP