Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

İranın kəşfiyyatı terror qruplaşmasını zərərsizləşdirib

İranın kəşfiyyatı Qərbi Azərbaycan əyalətində terror qruplaşmasını zərərsizləşdirib
Mənbə tutulan şəxslərin 4 il öncə Məhabad rayonunda hərbi parad zamanı tamaşaçıların arasında bomba partladan şəxslərin olduğunu iddia edib

İran Kəşfiyyat nazirliyi ölkənin şimal-şərqində terror dəstəsinin aşkarlandığını və dəstə üzvlərinin ələ keçdiyini bəyan edib. İnterAz-ın Mehr agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə İranın Kəşfiyyat nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, tutulan dəstə üzvləri ölkədə terror faliyyəti aparan “Komala” qruplaşmasına tabedirlər və onlar Qərbi Azərbaycan əyalətinin Məhabad rayonunda ələ keçiblər.

Mənbə tutulan şəxslərin 4 il öncə Məhabad rayonunda hərbi parad zamanı tamaşaçıların arasında bomba partladan şəxslərin olduğunu iddia edib.

Bildirək ki, İranın Qərbi-Azərbaycan əyalətinin Məhabad rayonunda əsasən kürdlər yaşayır. Həmin rayonda 4 il öncə törədilmiş partlayışda 12 nəfər həyatını itirmişdi.
1270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31