Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Asılı durum sindromundan qurtulma tofiqatı

Dini mühitdə kifayət qədər ciddi hadisələr baş verməkdədir. Amma onların mahiyyətinə nəzər saldıqda, bir maraqlı qanunauyğunluq meydana çıxır. Sovet quruluşu dağılandan sonra bütün mərhələlərdə inanclı insan üçün elə bir vəziyyət yaradılıb ki, o, faktiki olaraq, pis variantların içindən seçməli olsun. Buna asılı durum da demək olar. Bu, özünü 90-ların əvvələrində belə göstərirdi ki, bütün mənfilikləri ilə yanaşı, mövcud rəsmi dini liderlər əvəzlənsə, daha imansız insanlar gələcək. Beləcə, uzun bir müddət hamı bu fikri qəbul etməyə məcbur olmuşdu. Asılı durum qaydasına görə, vaxtaşırı imanlı mühitə daha pis nümunələr də görsədilirdi.
İllər keçdi və yeni nəsillər meydana çıxdı. Təqvalı, savadlı və fədakar. Burada da normal köklü inkişafı əngəlləmək üçün hicab problemi, məscid problemi, azan problemi, kitab problemi, təhsil problemi və bu kimi islamofobik addımlar ortalığa atıldı. Bütün bunlarla yanaşı, balans siyasəti üçün illərlə cürbəcür vəhabi-təkfirçi qruplara da şərait yaradılırdı. Yenə də asılı durum qaydasına görə. "Baxın ha, bir az da o yan-bu yan olar, dinin taleyi bax, bunların əlinə keçər".
Günümüzdə də imanlı kəsimin bütün təbəqələrinin normal, qurucu, təqvalı, fədakar, savadlı və bu kimi prioritetlərlə motivlənməsinin qarşısını almaq üçün, "bax ha, daha da pis vəziyyətə düşərsən, ona görə də olanı əldən vermə, heç olmasa narazı olduğun, amma daha da pisdən yaxşı olanla qanelən".
Beləcə, imanlı insanlar növbəti onilliyi bu kimi asılı durum qaydasına uyğun olaraq, ifratlar və təfritlər etməyə məcbur edilirlər. Təbii, mötədil və qurucu prioritetlərlə deyil, asılı durum qaydasına görə.
İmanlı insanların stratejisi - bu asılı durum qaydasından qurtulma olmalıdır ilk növbədə. Allahdan bu asılı durum qaydasından qurtulma tofiqatını diləyirik. Əlimizdən gələni edib və Allaha təvəkkül etməni diləyirik.

Hacı İlqar İbrahimoğlu/deyerler
1276 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01