Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Nüsrət Kəsəmənlinin oğluna hökm oxundu - 8 il 4 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənliyə hökm oxunub.

A.Kəsəmənliyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəində çəkməklə 8 il 4 ay müddətinə həbs cəzası verilib.

Yada salaq ki, ötən ilin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənli cəmisi 3 ay sonra təkrar həbsxana həyatı yaşamaq məcburiyyətində qalıb. Sentyabrın 17-də A.Kəsəmənliyə qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub.

İlk gündən etibarən mətbuatda A.Kəsəmənlinin günahsız yerə həbs olunması ilə bağlı xəbərlər yer alıb. Həbsxanada cəza çəkdiyi müddətdə onun idmanla məşğul olması, namaz qılması, dinə bağlılığı, ümumiyyətlə, narkotikdən istifadə etməməsi deyilirdi.

Qeyd edək ki, Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb./virtualaz/
1387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.