Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Ermənilər atəşkəsi pozmaqda davam edirlər

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verdiyi məlumata görə, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Yusifcanlı, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
1432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber