Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Sutka ərzində 70 silahlını məhv edib

İraqın hökumət qüvvələri ötən gün ərzində təxminən 70 silahlını məhv edib.

Bu barədə ölkə Silahlı Qüvvələrinin nümayəndəsi məlumat verib.

Məlumata əsasən, paytaxt Bağdaddan 400 kilometr məsafədə yerləşən Neynəva əyalətinin inzibati mərkəzi olan Mosul şəhərinin rayonlarından birində həyata keçirilən xüsusi əməliyyat nəticəsində ekstremist quplaşmanın 40 üzvü öldürülüb.

Hərbi aviasiya üzvlərinin də iştirak etdiyi reyddə terrorçuların gizləndiyi bir neçə ev dağıdılıb. Hökumətə qarşı mübarizə aparan hərbi birləşmələrin 46 üzvü həbs edilib.

Bildirək ki, oxşar əməliyyat bu gün hökumət qüvvələri tərəfindən paytaxtdan cənubda yerləşən Babil əyalətində də keçirilib. Burada xüsusi təyinatlılara “İraq və Şamda İslam Dövləti" terror qruplaşmasının mövqeyinə zərbələr endirən Hərbi Hava Qüvvələri dəstək veriblər. Yerli əməliyyat qərargahından verilən məlumatda Babildə 30 silahlının zərərsizləşdirildiyi deyilir./Salamnyus/
1096 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:19