Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Ərdoğan Somada daha 70 adamı “öldürdü”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Soma faciəsi ilə bağlı çıxışında səhvə yol verib.

Baş nazir iştirak etdiyi tədbirlərin birində Somada baş verən faciə haqda danışarkən ölənlərin sayını indiyədək açıqlanmış rəsmi rəqəmdən 70 nəfər çox deyib. Ərdoğan bu faciədə 371 adamın öldüyünü deyib. Ancaq rəsmi rəqəmlərə görə, ölənlərin sayı 301 nəfərdir.

Daha sonra Ərdoğan ona verilən kağızda səhv etdiyini anlayıb. Baş nazir nitqinin davamında səhvini düzəldib.

Qeyd edək ki, Soma faciəsi ilə bağlı Ərdoğan və hökuməti ciddi tənqid olunur. Ötən həftə baş nazir faciə ilə bağlı Somada olarkən etirazla üzləşmişdi və onu “yuhlayan” vətəndaşı yumruqla vurmuşdu./virtualaz/
1518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:24