Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Bakıda 2000 at gücündə maşınları kimlər alır... (Fotolar)

Azərbaycanda “offroad” tipli idman avtomobillərinə maraq sürətlə artır.

Bu barədə belə avtomobillərin satışı ilə məşğul olan “ARB” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nicat Novruzov məlumat verib.

N.Novruzov fins.az-a deyib ki, bu dəyişiklik avtomobillərin komplektasiyasına da təsir edib. Belə ki, indi alıcılar daha güclü və aqressiv avtomobillərə üstünlük verir: “Əvvəllər alıcılar avtomobilləri zavod modifikasiyası ilə istifadə edirdisə, indi ekstrim və sürət həvəskarları 500, 1000, hətta 2000 at gücü olan mühərriklər alırlar”./virtualaz/

N.Novruzovun sözlərinə görə, idman avtomobillərinə marağın artması nəticəsində təkcə bu ilin əvəlindən belə maşınların satışları 20 faiz artıb, ilin sonuna qədər bu rəqəmin daha da yüksələcəyi gözlənilir. O bildirib ki, belə avtomobillərin qiymətləri markasından və gücündən asılı olaraq dəyişir. Amma maksimum məbləğ 50 min manat ətrafındadır.

Nümayəndəliyin rəhbəri bildirib ki, “offroad” avtomobillərini və onun hissələrini daha çox Bakıda yaşayan insanlar alır. Ancaq regionlardan da alıcılar var: “Bakıdakı alıcıların əksəriyyəti ekstrim həvəskarlarıdır. Rayonlardan olan müştərilər isə belə maşınları fermalarda istifadə etmək üçün alırlar. Alıcılar varlı insanlar olduğuna görə satışlar nağd aparılır”. 

Yeri gəlmişkən, idman üslublu maşınlara qadınların da marağı artıb. Hər 10 belə maşından 1-nin alıcısı qadındır.

“Ancaq qadınlar belə maşınları ekstrim üçün almırlır - belələri bir-iki nəfər ola bilər. Əksəriyyət bunu nəzərəçarpan olduğuna görə əsasən şəhərdə sürmək üçün alır” - deyə N.Novruzov əlavə edib.

İdman avtomobillərinin əsas problemi sığorta ilə bağlıdır. Sığorta şirkətlərindən narazılığını gizlətməyən “ARB”in nümayəndəsi şirkətlərin idman avtomobilləri sahəsinə ədalətsiz yanaşdığını bildirir: “Sığorta şirkətləri iilə işləmirik, çünki onların şərtləri sərfəli və uyğun deyil”.

N.Novruzovun sözlərinə görə, sığorta şirkətlərinin idman avtomobillərinin sığortalanması ilə bağlı tarifləri həddən artıq yüksəkdir: “Məsələn, 20 min manatlıq avtomobil üçün sığorta haqqı 5 min manatdan yüksəkdir. Bu da heç kimə sərfəli deyil”.

“ARB”in nümayəndəsi deyir ki, sığorta şirkətləri sığorta haqqının yüksək olmasını risklərin çox olması ilə əlaqələndirirlər, halbuki bəzi məsələləri nəzərə almırlar: “Amma mən şəxsən özüm 4 ildir ki, pilotam, cəmi bir dəfə qəza törətmişəm. Digər tərəfdən, adi nəqliyyat vasitələrindən fərqli olaraq bizdə cızıq və digər kiçik zərərlər vacib hesab olunmur. Çünki biz ekstrimlə məşğul oluruq. Bizdə əsasən aşma riski çox olur. Avtomobilləri də bu riskdən sığorta etdirmək istəyərdik”.

N.Novruzovun sözlərinə görə, sığorta şirkətləri idman maşınları üçün sığorta haqqını hesablayarkən adi nəqliyyat vasitəsi kimi deyil, fərqli sığorta paketi təqdim etməlidir: “Sığorta  haqqının 500 manatdan yüksək olması bizim üçün sərfəli deyil”.

N.Novruzovun sözlərinə görə, ölkədə idman avtomobilləri sahəsi inkişaf etdikcə sığortaya maraq da artacaq: “Artıq bu sahə inkişaf edir. Ölkəmizdə idman yarışları keçirilir. “City Challenge”, “Formula 1” yarışları keçiriləcək. Ona görə də istəyirik ki, sığorta şirkətləri bunun üzərində düşünüb idman avtomobillərinin sığortalanması ilə bağlı uyğun təkliflər versin”.

1278 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:29