Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Suriya münaqişəsində 162 min adam ölüb

Suriyada üç ildən çox davam edən münaqişə 162 min adamın ölümünə səbəb olub. Bu barədə rəsmi məlumatı Suriyada insan hüquqları üzrə monitorinq qrupu açıqlayıb.

Qətlə yetirilənlər arasında 3 minə yaxın adamın şəxsiyyəti və mənsubiyyəti haqda məlumat yoxdur.

Təşkilat hesabatında bildirib ki, açıqlanan rəqəmlər rəsmidir. Bundan əlavə bəlli olmayan, naməlum ölüm sayları da var.

Beynəlxalq ictimaiyyət Suriya münaqişəsində ortaq həll yolu tapmaqda uğursuzluğa düçar olub. Bundan sonra BMT-nin Suriyadakı nümayəndəsi Lakhdar Brahimi istefa verib.

Hazırda Suriyada Əsəd qüvvələri hakimdir. İyunun 3-ü keçiriləcək prezident seçkilərində də B.Əsədin qalib gəlməsi gözlənilir.

Qeyd edək ki, ABŞ terrorçuları dəstəkləyir. Vaşinqton və Nyu-Yorkda terrorçuların rəsmi nümayəndəliyinin açılması razılığına gəliblər.
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13
<