Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Slavyanskda bir Ukrayna hərbçisi həlak olub

Bu gün səhər Donetsk vilayətinin Slavyansk şəhərində açılan atəş nəticəsində bir Ukrayna hərbçisi həlak olub, üç nəfər yaralanıb.

UNN agentliyinin verdiyi məlumata görə, bu barədə "İnformasiya Müqaviməti" qrupunun üzvü, Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk öz "facebook" səhifəsində yazıb.

O, qeyd edib: "İnformasiya Müqaviməti" qrupunun operativ məlumatına görə, terrorçular Slavyansk yaxınlığında teleqüllənin yerləşdiyi ərazidə Ukraynanın güc strukturlarına minaatanlardan atəş açıblar. Nəticədə bir hərbçi ölüb, üçü yaralanıb".
1682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber