Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2013

Bakıda kütləvi dava - (Fotolar)

Bakıda Nərimanov rayonu, Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında kütləvi dava olub.

“Yeni Müsavat” qəzetinin hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, “Hyundai Sonata” markalı “90 RO 016” dövlət nömrə nişanlı maşının sürücüsü ilə yoldan keçən bir nəfərin arasında söz atışması olub. Elə davaya da bu səbəb olub. Dava nəticəsində “Hyundai Sonata”nın sürücüsünün maşınına xəsarət yetirilib.

Gənclərdən biri hadisə yerinə dostlarını dəvət edib, dava daha da böyüyüb. Nəticədə “Gənclik” metro stansiyası qarşısındakı yolda tıxac yaranıb. Yoldan keçənlər dava edən hər iki gənci ayırmağa cəhd etsələr də, buna müvəffəq olmayıblar. Hadisə yerinə polisin çağırılması ilə dava edən gənclər ərazidən uzaqlaşıblar. Əraziyə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları yaxınlıqdakı “TŞ” markalı müşahidə kamerasına düşən görüntülər vasitəsi ilə dava edənlərin şəxsiyyətini müəyyən etməyə çalışıblar.
1376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49