Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2013

Moskvada daha bir tərəvəz bazası dağıdıldı

Əməliyyatda iqtisadi cinayətlərlə mübarizə polisi ilə yanaşı “OMON”dan da istifadə edilib
Moskva polisi Ramensk rayonu ərazisində yerləşən tərəvəz bazasında fəaliyyət göstərən gizli tikiş fabrikini bağlayıblar. Ans-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, reyd zamanı yüzlərlə Vyetnam vətəndaşı, həmçinin Tacikistan və Özbəkistan miqrantaları tutulub.

Əməliyyatda iqtisadi cinayətlərlə mübarizə polisi ilə yanaşı "OMON"dan da istifadə edilib. Moskva vilayətinin Daxili İşlər Baş İdarəsinin saytında yerləşdirilən məlumata əsasən, tərəvəz anbarı üçün nəzərdə tutulan binalarda geyim tikirlər.

İş yerlərində daima 100 fəhlə çalışıb. Onların əksəriyyəti Vyetnam vətəndaşlarıdır. Onlar hazır məhsulların üzərinə məşhur firmaların markalarını yapışdırıblar.
1396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11: