Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

İran rəsmi Bağdaddan İraqdakı “Münafiq”lərin təhvil verilməsini istəyib

İran Məhkəmə hakimiyyətinin sədri “Xalq Mücahidləri”nin ədalətli şəkildə mühakimə edilməsi üçün onların mütləq Tehrana verilməsini vacib sayıb

İranın məhkəmə hakimiyyətinin sədri Ayətullah Amoli Laricani iraqlı həmkarından “Xalq Mücahidləri” adlanan terrorçu qruplaşma üzvlərinin təhvil verilməsini istəyib. İnterAz-ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, İran Məhkəmə hakimiyyətinin sədri “Xalq Mücahidləri”nin ədalətli şəkildə mühakimə edilməsi üçün onların mütləq Tehrana verilməsini vacib sayıb. Ayətullah Amoli Laricani iraqlı həmkarı ildə görüşdə, sözügedən qruplaşma üzvlərinin əksəriyyətinin öz günahlarına etiraf etdiklərini diqqətə çatdırıb və buna görə onların İrana verilməsini istəyib.

Bildirək ki, İran və İraq ədliyyə nazirlikləri ötən ayda məhkumların və məhbusalrın mübadiləsi zəminində razılığa gəliblər. Hazırda İraqda Liberti düşərgəsində qalan “Xalq Mücahidləri”nin 3 min üzvü İrana təhvil veriləcəklərindən xovfdadırlar.

Qeyd edək ki, sözügedən qruplaşma İranda bir necə dövlət obyektinə edilən hücumları və terror aktlarının məsuliyyətini üzərinə götürüb.
1183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07