Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Almanlar Ərdoğanı Hitlerə bənzətdilər

Almaniyanın bəzi mətbu orqanları Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı təhqir edib.

Almaniyanın ən yüksək tirajlı qəzetlərindən “Frankfurter Algemayne” (Frankfurter Allgemeine) Ərdoğana qarşı nasistlərin lideri Adolf Hitlerə deyilən “fürer” ifadəsini işlədib. “Şpigel” isə türk Baş nazir haqqındakı yazısında təhqirlərə yer verib.

Əsasən Somadakı mədən qəzasından sonra Almaniya mediyası Ərdoğan haqqında yazılara daha çox yer verir. Faciəni fürsət bilən bəzi qəzetlər qardaş ölkənin Baş naziri haqqında maraqlı ifadələr işlədirlər. Belə mətbu orqanların başında isə “Şpigel” qəzeti gəlir. Qəza baş verən gündən etibarən Türkiyə haqqındakı xəbərlərin həqiqiliyini dəqiqləşdirmədən yayımlayan qəzet Ərdoğan haqqındakı “Cəhənnəmə qədər yolun var Ərdoğan” məqaləsini manşetə çıxarıb. Qəzet müxalif ruhlu türk oxuculardan da dəstək almaq məqsədi ilə məqaləni türk dilinə çevirərək, rəsmi saytında da yerləşdirib. Qeyd edək ki, “Şpigel”in Türkiyədəki xüsusi müxbiri Hasnain Kazimdir və yazılar da onun imzası ilə nəşr olunur./axar/
1409 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP