Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Yol terroru: 10 ölü, 25 yaralı

Ötən istirahət günləri respublika ərazisində baş vermiş yol qəzaları zamanı 10 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən həftəsonu - şənbə və bazar günləri Azərbaycanın yollarında 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 10 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Belə ki, mayın 17-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bazar günü, mayın 18-də isə ölkədə 9 yol qəzası baş verib. Hadisələr nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb. /Trend/
1262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...