Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2014

Sağlam dişlər üçün 8 məsləhət

Sağlamlıq mövzusuna səthi yanaşmaq, zərərli vərdişlər və işlərlə məşğul olmaq çox vaxt insan sağlamlığına böyük zərər vurur.
Xüsusilə ağız və diş sağlamlığı bu mövzuda ilk sıralarda gəlir. Diş sağlamlığını tək fırçalamaqla qorumaq yetərli deyil.
Bunun üçün qidalanmadan həkim müayinəsinə kimi hər şeyə diqqət yetirmək lazımdır.
Çox vaxt əhəmiyyət verilməyən detallar ağız və diş sağlamlığında ciddi problemlər yaradır.
Bu baxımdan şəxsi gigiyenaya və ağız sağlamlığına fikir vermək, dişləri hər gün təmizləmək məsləhətdir. Bundan əlavə aşağıdakılar da önəmlidir:
1. Sağlam dişlər üçün tərkibi kalsium, c vitamini ilə zəngin qidalar da faydalıdır. Məsələn: süd, pendir, qatıq kimi qidalarda kalsium boldur. Portağal, brokoli, ispanaq kimi tərəvəz və meyvələr isə C vitamini ilə zəngindir.
2. 6 aydan bir mütləq diş müayinəsi etdirmək və gündə azı 2 dəfə dişləri fırçalamaq lazımdır. Sağlam diş və ağız boşluğuna sahib olmaq üçün bu əsas şərtlərdən biridir.
3. Fırça seçimi də önəmlidir. Fırça orta sərtlikdə olmalı və 3 aydan bir dəyişdirilməlidir. Əgər keyfiyyətli fırçadan istifadə etməyinizə baxmayaraq 1 aydan sonra xarab olursa, demək siz ondan sərt istifadə edirsiz. Sərt şəkildə fırçalama dişlərin mina qatı üçün ziyanlıdır.
4. Dişləri fırçalamağın şəkli və zamanı önəmlidir. Fırça dişlərə 45 dərəcəlik bucaq altında yerləşdirilməli, yuvarlaq şəkildə çox sərt olmamaq şərti ilə sürtülməlidir.
5. Yaşın artması dişlərində qocalması mənasına gəlmir. Saralmış və çürümüş dişlər yaşlanmağın deyil. qulluq edilməməyin nəticəsidir. Dişlərə yaxşı qulluq edərək irəliləyən yaşlarda öz dişlərinizi qoruyub saxlaya və yaşıdlarınızdan bir addım önə çıxa bilərsiniz.
6. Xüsusilə ortodontik müalicədən yararlananlar dişləri ilə bağlı daha həssas olmalıdırlar. Dişlər və ağız boşluğu ilə bağlı üzləşə biləcəkləri problemlərlə bağlı həkimlə məsləhətləşsələr daha yaxşı olar.
7. Uşaqlarda ilk ortodontik müayinə 7 yaşdan sonra olmalıdır. Erkən yaşda olan müayinə dişlər daimi olmadığı üçün effektiv olmaya bilər.
8. Ağız və diş sağlamlığı uşaq yaşda olmalıdır. Əgər diş əti, dişlər,çənə sümüyündə və sairə ağızla bağlı hər hansı anormallıq müşahidə etsəniz vaxt itirmədən həkimə müraciət edin.
1379 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber