Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

ABŞ Çin kibertəhlükəsinin artmasından narahatdır

Rəsmi Vaşinqton Çin kibertəhlükəsinin artmasından narahatlığını ifadə edib.

“Gazeta.ru” saytın;n verdiyi xəbərə görə, bunu Ağ Evin nümayəndəsi Cey Karni bəyan edib.

“Çində kompüter texnologiyaları vasitəsilə, yerli hökumətin dəstəyi ilə ticarət sirləri və biznes-məlumatlar oğurlanır. Bunu prezident Obama açıq şəkildə Çin rəsmilərinə bildirib. Buna baxmayaraq, biz həmişəki kimi, Çinlə konstruktiv əlaqələrin qurulmasında maraqlıyıq və bu kimi halların qarşısının alınması üçün birgə çalışmağa hazırıq”, - deyə Karni bildirib.

Bundan əvvəl, ÇXR Xarici işlər nazirliyi Çin hərbçilərinə qarşı kibercasusluq ittihamını rədd edib.
1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber