Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Liviyanın xüsusi təyinatlıları qiyamçı generalın tərəfinə keçiblər

Liviyada xüsusi təyinatlı qoşunun şəxsi heyəti qiyamçı general Xəlif Xaftarın tərəfinə keçib.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bunu xüsusi təyinatlıların kamandanı Vanis Buhamadu bəyan edib.

Bundan əvvəl Liviyanın şərqindəki Tobruk şəhərində yerləşən hərbi-hava bazası da general Xaftarın tərəfinə keçməsini bildirib.

Qeyd edək ki, Xaftara sadiq qüvvələr ötən həftə Benqazidə islamçıların mövqelərinə, paytaxt Tripolidə isə parlamentin binasına hücum edib.
1199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP