Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Azərbaycanda “Yəhova şahidləri” təlimini yayan 3 qadın tutuldu

Qaxda “Yəhova şahidləri” təlimini yaymaqda təqsirləndirilən şəxslər saxlanılıb.

Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, saxlanılanlardan biri azyaşlıdır. Polisdən bildirilib ki, şöbəyə bir qrup şəxsin rayon ərazisində ev-ev gəzərək “Yəhova şahidləri” təlimini yayması barədə məlumat daxil olub.

Məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Gülarə Hüseynova, Qax rayon sakini Təranə Xususşvili və onun qızı, 14 yaşlı Luka Xususvili tutulub. Onlardan yayılması qadağan olunmuş “Əhdi-ətiq” kitabı götürülüb. Saxlanılan şəxslərin barəsində inzibati tədbir görülməsi üçün materiallar rayon məhkəməsinə göndərilib./apa/
2034 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq