Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Elçin Şıxlı MTN-də dindirilib?

Elçin Şıxlı MTN-də dindirilib?Mətbuat Şurasından çıxması ilə bağlı dünən mediaya açıqlama verən “Ayna”-”Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı ərizəsini bir həftə əvvəl təqdim etdiyini deyib. Azərbaycanın ən məşhur qəzetlərindən sayılan “Ayna”-”Zerkalo”nun baş redaktorunun bu qərarı qəfil vermədiyi məlumdur

Çünki bir neçə həftə əvvəl Elçin Şıxlı qəzetin ayda bir dəfə nəşr olunacağını demişdi.

Hələ ki, Elçin Şıxlının istefası ilə bağlı Mətbuat Şurasından heç bir açıqlama yoxdur.

Elçın Şıxlı ilə bağlı daha bir məlumat daxil olub. Məlumata görə, Elçin Şıxlı MTN-də Rauf Mirqədirovun cinayət işi üzrə iki dəfə dindirilib. Baş redaktor saytımıza açıqlamasında isə bu xəbərin doğru olmadığımı bildirib:

“Milli Təhlükəsizlik Nazirliyində dindirilməyimlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu xəbəri kim deyibsə, yanlış deyib”.

E. Şıxlı bildirib ki, Rauf Mirqədirovun istintaq prosesini Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq bölməsi aparır: “ İstintaqın MTN-lə əlaqəsi yoxdur. O cümlədən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq bölməsində də ifadə verməmişəm”.

Baş redaktor qəzetin hazırkı durumundan da danışıb “Qəzetin vəziyyəti yaxşı deyil. Vəziyyəti yaxşılaşdırmaq üçün reklam bazarı, satış normal şəkildə olmalıdır. Bunların da heç biri yoxdur. Təəssüf ki artıq məndən heç nə asılı deyil. Mətbuat Şurasını yaradarkən onu özümüzə dəstək məqsədilə qurmuşduq. Ancaq Mətbuat Şurasının bu hadisələrlə bağlı heç bir tükü də qımıldanmadı. Ona görə belə qərara gəldim ki, belə təşkilatda olmaqdansa olmamaq yaxşıdır”.

İşçiləri əmək haqqı ilə təmin etmək məsələsinə gəlincə isə, Elçin Şıxılı hələ ki bunun öhdəsindən gəldiyini deyir:

“Sonrasına baxarıq. Belə durumda qəzeti satmaq mümkündürmü sualına isə baş redaktor bunun Azərbaycanda qeyri-real olan məsələ olduğunu deyərək cavab verib”.
1392 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber