Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Ukraynaya təminat verə bilmərik

Rusiya Ukraynanın ərazi bütövlüyünə təminat verə bilməz və bununla bağlı üzərinə öhdəlik götürməyib.

Bunu Rusiya Baş naziri Dmitri Medvedev “Blumberq” agentliyinə verdiyi müsahibəsində deyib.

“Biz heç kimə təminat verə bilmərik, çünki bununla bağlı üzərimizə öhdəlik götürməmişik. Lakin biz hesab edirik ki, Ukraynadakı hadisələri sakitləşdirmək üçün kiməsə nəsə təminat vermək lazım deyil”, - deyə Medvedev jurnalistin, “Moskva Luqansk və Donetskin Rusiyanın tərkibinə qatılmayacağı ilə bağlı təminat verə bilərmi?” sualını cavablandırarkən deyib.

Medvedev dialoq aparmaq istəyən digər tərəfləri də təminat verməyə çağırıb: “Qoy bizim tərəfdaşlarımız – Avropa Birliyi və ABŞ təminat versinlər ki, Ukraynanın daxili işinə qarışmayacaqlar, qoy onlar təminat versinlər ki, Ukraynanı NATO-ya itələməyəcəklər, cənub-şərqdəki insanlar rus dilində rahat danışacaq və “Sağ sektor” kimi ağılsız gəlib onları kəsməyəcək”.

Baş nazir həmçinin bildirib ki, təminatı yalnız Ukrayna hökuməti öz xalqına verməlidir və bunun üçün təcili dialoq aparmalıdır.
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bi