Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

«Azərsu»dan daha bir özbaşınalıq

Şirkət tək yaşayan adamların üzərinə daha 3 nəfər yazıb onlardan su pulu yığırlar

Azərsu ASC-nin rəhbərliyi dünyada analoqu olmayan yeni bir qayda tətbiq edib. Həmin yeni qaydaya əsasən tək yaşayan vətəndaşların üzərinə daha 3 nəfər yazıb, adambaşına pul hesablayacaqlar.

Bu barədə məlumat verən Səkinə Yusifova bildirir ki, bu qərar sayğacı olanlara aid deyil. Bu yalnız adambaşına pul ödəyən vətəndaşlara şamil edilir. «Həmin o 3 nəfərin kimliyi məlum deyil. Ona görə də, «Azərsu» ASC-yə müraciət edərək, bu məsələyə aydınlıq gətirilməsini istəmişəm».

Vətəndaş bildirir ki, o,cari ilin fevral ayında kod alıb və iyul ayına qədər su pulunu tam ödəyib. «Qeydiyyatda tək olduğuma və tək yaşadığıma görə, su pulunu 1,8 manatdan ödəmişəm. Lakin Suraxanı Su İdarəsin mənə hər ay üçün 5 manat borc hesablayır. Bunu da onunla əsaslandırır ki, «Azərsu» ASC-nin rəisi bütün idarələrə göstəriş verib ki, kim tək yaşayır, onun üstünə daha 3 nəfər yazıb borc kimi hesablasınlar. ASC rəhbərinin cibi dolsun deyə mən küçədən keçənlərə görə niyə pul ödəməliyəm? Bu 3 nəfər kimdir ki, mənim üzərimə yazmısınız? ASC rəhbərliyi pul yığmaq üçün başqa şeylər fikirləşə bilmirdi?»

Səkinə Yusifova qeyd edir ki, hazırda ölkədə onun kimi tək yaşayan minlərlə insan var. Və onların hər birinə əlavə 3 nəfər əlavə adam yazmaqla külli miqdarda yeyintiyə yol vermək olar. «Bu başdan ayağa korrupsiyadır. Mən bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişəm. 56 yaşım var və 8 ildir Məşğulluq İdarəsinə işlə təmin olunmağımla bağlı müraciət etmişəm. Özümə aid olan kommunal xərcləri güclə ödəyirəm. Yaxşı olardı ki, rəis o 3 nəfəri dövlət məmurları və özünün üzərinə yazsın»./tia/
1456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 23:53