Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

İranın müdafiə naziri Rusiyaya səfər edəcək

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqan Rusiyaya səfər edəcək.

“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, səfər Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti əsasında baş tutacaq.

Səfərdə məqsəd bu il mayın 23-24-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılan beynəlxalq təhlükəsizlik məsələlərin ələ alınacağı üçüncü konfransda iştirak etməkdir. Tədbirə 50-dən çox ölkənin, regional və beynəlxalq təşkilatın nümayəndəsi qatılacaq. H.Dehqan konfransda çıxış edəcək, beynəlxalq təhlükəsizlik məsələsi ilə bağlı İranın mövqeyini açıqlayacaq.
1912 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP