Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Somadakı faciəni Gülən törədib

Türkiyənin Manisa bölgəsindəki Soma daş kömür mədənində baş vermiş qəza ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın media Fətullah Güləni günahlandırmağa başlayıb

AKP-yə bağlı qəzetlər neçə gündür 300-dən çox adamın öldüyü qəzanın təxribat nəticəsində baş verə biləcəyinə dair ehtimalları qabardır. Müxalifət isə qəzada hökuməti günahlandırmış və qəzalı vəziyyətdə olan daş kömür mədənləri ilə bağlı vaxtında tədbirlər görülmədiyini bildirmişdi. Bu gün isə AKP-yə bağlı “Takvim” qəzeti daha da irəli gedərək Soma qəzasının Fətullah Gülənin təlimatı ilə törədilən təxribat olduğunu yazıb.

Qəzetin yazarı Mevlut Yuksel iddia edib ki, ötən ilin dekabrında Fətullah Gülənin üstüörtülü şəkildə Ərdoğana və hökumətinə ünvanlanmış qarğışında yer alan “Allah ocaqlarına atəş salsın” ifadəsi məhz Soma təxribatı üçün verilmiş təlimat idi (Virtualaz.org). Qeyd edək ki, türk mətbuatında və sosial şəbəkələrdə AKP hökuməti, xüsusilə də Baş nazir Rəcəb Tayyib Ərdoğan faciədə günahlandırılır. Hökumətin də bütün bunları öz üzərindən atmaq üçün əlindəki mətbu orqanları vasitəsilə bu cür manipulyasiyalara getdiyi bildirilir.
1396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<