Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2014

Türkiyə mətbuatı Rəşid Mahmudovdan yazıb

Türkiyədə olan dini təmayüllü media azərbaycanlı alim Rəşid Mahmudovdan yazıb.

Yerli telekanallardan birində Rəşid Mahmudovun çıxışının rəğbət qazanması geniş işıqlandırılıb. Yazıda qeyd olunur:

"Azərbaycanda bəzi problemlərin olması məlumdur. Bir çox din xadimləri problemləri susqunluqla qarşılayırlar.

Dünyəvi bir alim isə cəmiyyətin problemlərini dilə gətirib. Dünyəvi alim Rəşid Mahmudov İslamın lənətlədiyi homoseksuallığı tənqid etməsi böyük rəğbətə səbəb olub.

Tanınmış alim Rəşid Mahmudov yerli telekanlallardan birində çıxış edərkən bir çox problemləri qabardıb.

Rəşid Mahmudov: "Azərbaycanın o qədər böyük problemləri varkən homoseksualların hüquqları kimi bir məsələnin gündəmə gəlməsi müsibətdir. Halbuki biz İslam cəmiyyətiyik. Bizim özümüzə xas dəyərlərimiz var. Avropada tanınmaq, onların rəğbətini qazanmaq üçün homoseksualların hüququnu qoruyan qanunun gündəmə gəlməsi çox qəribə vəziyyətdir".

Bəzi İslam ölkələrinin parlamentində qərbin diqqətini çəkmək istəyən millət vəkilləri tez-tez bu tipli qanunları gündəmə gətirir. Buna da sərt reaksiya verən Rəşid müəllim "Biz Avropada tanınmaq üçün niyə əxlaqsızlığı təbliğ edək? Əgər tanınmaq istəyirsənsə iqtisadiyyatını inkişaf etdir, təhsil səviyyəsini və elmi inkişaf etdir. Bu yolla tanın"- Deyib.

Daha sonra aparıcının "Amma biz demokratik ölkəyik" sözünə də hirslənən Rəşid Mahmudov "Mən 51 ildir bu ölkəyə xidmət edirəm. Mənim pensiyam 200 dollardır. Əxlaqsızlığı müdafiə etmək demokratiya deyil. Avropada pensiyalar 4000 dollardır. Niyə bunu özümüzə nümunə götürmürük"-deyib."

Qeyd edək ki, Rəşid Mahmudov tibb elmləri üzrə fəlsəfə doktorudur.O mütəmadi olaraq yerli telekanallarda problemlərlə bağlı etdiyi kəskin fikirləri ilə tanınır.
1432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi