Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2013

“Molotov kokteyli” işində analoqsuz ittihamlar

NİDA və “Azad Gənclik” təşkilatının məhbus üzvlərinə yönəlik aktda ağlasığmaz iddialar yer alır
NİDA Vətəndaş Hərəkatı və “Azad Gənclik” təşkilatının həbsdəki üzvlərinə qarşı ittiham aktında yazılanlar açıqlanıb. İstintaq Baş Prokurorluq tərəfindən aparılıb, istintaq materiallarında yazılır: “İstintaqla müəyyən edilib ki, 2013-cü ilin fevralında Bakıda hüquqi qeydiyyata alınmayan NİDA adlı qurumun üzvləri ictimai-siyasi sabitliyi pozmaq, dövlət hakimiyyəti və idarəçilik orqanlarının fəaliyyətini iflic edərək ictimai asayişin kütləvi pozuntularına yol vermək məqsədi ilə 10 mart 2013-cü il tarixdə Bakıda kütləvi iğtişaşlar təşkil etmək barədə razılığa gəliblər...
Həmin aksiyada xaos və çaşqınlıq yaratmaq, polis əməkdaşlarını qorxudub güclərini zəiflətmək, destruktiv qüvvələrin diqqətini cəlb etməklə siyasi və maddi dəstək əldə etmək, gəncləri qanunsuz aksiyalarda iştiraka həvəsləndirmək üçün tərkibi tezalışan maye yanacaq benzindən və tüstüsüz barıtdan ibarət ”Molotov kokteyli", “tüstü şaşkaları”, yəni partlayıcı qurğular tətbiq etməklə yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etmək barədə razılığa gəliblər... Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı və digərlərinin rəhbərliyi ilə müəyyən destruktiv qüvvələrin kütləvi iğtişaşlara cəlb olunması nəzərdə tutulan şəxslərin maliyyələşdirilməsi üçün ayrılan 94.100 manat və 589,35 manata bərabər 750 ABŞ dolları məbləğində pul vəsaitləri Şahin Novruzlunun yaşadığı ünvanda saxlanıb.
İlkin Rüstəmzadənin 10.03.2013-cü il tarixdə “Əsgər ölümlərinə son” adı altında Bakıda kütləvi aksiyanın keçirilməsi çağırışları internet sosial şəbəkəsində yerləşdirməsindən sonra Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizov internet informasiya ehtiyatlarında “Molotov kokteyl”inin hazırlanması qaydalarına dair zəruri məlumatları toplayıb, müzakirələr aparıblar".
Sonda deyilir ki, Quliyev Bəxtiyar və Rüstəmzadə İlkin 1 mart 2013-cü il tarixdə bir qrup şəxslə Milli Parkın ərazisində gündüz vaxtı, saat 15 radələrində ictimai qaydanı kobud surətdə pozublar: “Bədii-estetik dəyərlərə malik memarlıq abidəsi olan yaşlı kişinin bürünc materialdan hazırlanmış tökmə fiqurunun arxa və baş hissələrində ictimai mənəviyyatın pozulmasında ifadə olunan davamlı təkrarlanan əxlaqa zidd və qurşaqdan yuxarı üst geyim paltarlarını soyunduqdan sonra isə çılpaq vəziyyətdə qərəzli xaotik əl-qol hərəkətləri nümayiş etdiriblər.
Dənizkənarı Bulvar İdarəsinin mühafizəçilərinə və polis əməkdaşlarına, eləcə də digər şəxslərin qanuni tələblərinə nümayişkaranə surətdə tabe olmayıb müstəsna həyasızlıqla öz hərəkətlərini dayandırmayıblar. Yaşadığı cəmiyyətin etik normalarına zidd hərəkətlərini lentə almaqla 6,16 mb həcmində süjet hazırlayıb geniş auditoriya kimi internet sosial şəbəkəsində qeyd olunan video süjetin kütləvi surətdə izlənilməsi üçün 1 mart 2013-cü il tarixdə ‘’Harlem Shake-Park Bulvar" adı ilə “Youtube.com” saytında yerləşdirilib kütləvi surətdə yayımlamaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq etmişlər".
EMİL/musavat.com
1832 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...